Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » AzQAC-ın Baş katibi: Yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlılarından cavab gözləyirik
AzQAC-ın Baş katibi: Yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlılarından cavab gözləyirik

“Humanitar məqsədimizlə bağlı Rusiya sülhməramlı qüvvələrinin zabitinə məlumat verildi. O da öz növbəsində komandanlığına məruzə edəcək”.
Reportyor.tv Bakıdan Xankəndiyə göndərilən 40 ton un yüklü avtomobilləri müşayiət edən əməkdaşı Ağdamdan xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev hadisə yerində olan jurnalistlərə bildirib.
Ceyhun Mirzəyev deyib ki, humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün hazırda sülhməramlıların cavabını gözləyirlər.“Nə vaxt cavab verəcəkləri bilinmir. Cavab alındıqdan sonra məlumat açıqlanacaq”, - deyə o bildirib.
Qeyd edək ki, ki, yük Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən göndərilib.


Şərhlər