Güzəştli mənzillərin satışına start verildi
Tarix: 24-09-2022, 16:25
Baxılıb: 154
Google+ Paylaş
Tumblr Paylaş

Güzəştli mənzillərin satışına start verildi

24-09-2022, 16:25

MİDA-nın yeni mənzillərinin satışı başladı Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 6 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə mənzillərinin seçimi başlayıb.
reportyor.org xəbər verir ki, ümumilikdə 18 binadan 815 mənzil satışa çıxarılıb. İlk mənzil satışı 31 saniyədə baş tutub.
Əvvəl isə 6-7 saniyədə olub. Seçim prosesini MİDA-da quraşdırılan monitorlar vasitəsilə media nümayəndələri də izləyir. Xatırladaq ki, bu il sentyabrın 15-dəki seçim zamanı "Güzəşli mənzil" sisteminə 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücumlar olub və seçim prosesi təxirə salınıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) MİDA və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") ilə birlikdə yaydığı, “Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçiminin təşkili prosesində Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) “ASAN Login” sisteminə kiberhücumla bağlı aparılan araşdırmalara dair məlumatda bildirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ