www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Cəmiyyət
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
İcra başçısının şəhid ailəsinə etdiyi zülm ƏRŞƏ DİRƏNİB - Prezidentə VİDEOMÜRACİƏT
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
“Mənim oğlumun qatili icra başçısı Aqil Nəzərlidir!” – VİDEO
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Deputatlığa namizəd çörəyini yavan yemirmiş… – Ülvi Quliyevin obyektlərinin siyahısı yayıldı
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Ağdaşın icra başçısı bunu da etdi... - VİDEO
Xəbərlər>Manşet
11-12-2019, 19:13

Ticarət mərkəzlərindəki yanğınlarda qəsd ehtimalı

Ticarət mərkəzlərindəki yanğınlarda qəsd ehtimalı

İlham İsmayıl: "EuroHome”-da baş verən yanğında diqqət çəkən məqam o idi ki...”

Azərbaycanda son vaxtlar ticarət obyektlərinin tez-tez yanması belə iddiaların ortaya çıxmasına səbəb olub ki, bu yanğınlar qəsdən törədilir. Üstəlik bir obyektin dəfələrlə yanması halları da var ki,  bu yanğınlarda qəsd amili məsələsində həqiqət payını bir qədər də gücləndirir. "Eurohome” ticarət mərkəzindəki yanğından sonra da belə iddialar yenidən dövriyyəyə qayıdıb. 

Mütəxəssislər deyir ki, dünya miqyasında baş verən yanğınların 90 faizi insan faktorundan qaynaqlanır. Səbəb manqal kömürü, söndürülməyən siqaret və s. ola bilir. Benzin və oksigen olduğu müddətdə alovlar sürətlə böyüyür.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl müsavat.com-a qəsd iddialarından danışarkən deyib ki, hər dəfə yanğınlardan sonra cəmiyyətdə belə fikir formalaşır ki, kimlərsə haqq-hesab çəkib deyə belə olaylar meydana gəlib: "Bəziləri də belə hadisələrdə xarici təxribatların olmasını ehtimal edirlər. Birmənalı olaraq söyləmək olar ki, belə hal yoxdur. Qisas alma, qəsdən törədilmə və sairəni  tam istisna etmək mümkün olmasa da, ən az ehtimal olunan məsələlərdir. Daha çox səhlənkarlıqdır. Bu da daha çox obyekt sahiblərinin üzərinə düşür. Əhalinin sıx olduğu yerlər xüsusi nəzarətdə olmalıdır. Xüsusi diqqətdə saxlanılmaldıır. Ticarət mərkəzlərində, alış-verişin çox olduğu yerlərdə xüsusi gündəlik nəzarət olmalı, profilaktik tədbirlər aparılmalıdır. Çox təəssüf ki, bu sahəyə məsul qurumların fəaliyyəti nəzərə çarpmır və nəticədə belə hadisələr baş verir. Yanğınlara səbəb kimi ən çox səhlənkarlıq amilinin yol açdığı qənaətindəyəm”.

Картинки по запросу İlham İsmayıl

İlham İsmayıl deyib ki, obyekt sahiblərinin məsuliyyətini də diqqətdən qaçırmaq olmaz: "Sahibkarlar tikintini apardılar, yerləri icarəyə verdilər işlərini bitmiş hesab edirlər. Belə deyil. Bütün texniki təhlükəsizlik məsələlərinin məsuliyyəti onların üzərindədir”.

İlham İsmayıl ticarət mərkəzlərində yanğınsöndürmə postlarının yaradılması ilə bağlı fikirlərə də münasibət bildirib. Deyib ki, belə postların qurulması real görünmür: "Obyektlərdə yanğını söndürmək üçün lokal qollar var. Sadəcə olaraq ticarət mərkəzlərində belə qolların sayı da müvafiq olmalıdır. Əgər bu mümkün olmasa, postlar məsələsi nəzərdə keçirilə bilər. "EuroHome”-da baş verən yanğında diqqət çəkən məqam o idi ki, yanğınsöndürənlər çətin şəraitdə işləyir, yanğını söndürməyə çalışırdılar. Bu işə təyyarə, helikopter də cəlb olunmuşdu. Amma yanğınla mübarizədə yanğınsöndürənlərin az olması diqqətçəkici idi. Belə obyektlərdə alqı-satqı predmeti olan materiallar yanğına həssasdırlar. Bu məsələlər də nəzərə alınmalıdır”.  

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR