Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Kloze Mahirdən narazılıq etdi: Başa salmaq olmur
Kloze Mahirdən narazılıq etdi: Başa salmaq olmur

“Nürnberq”in baş məşqçisi Miroslav Kloze komandasının azərbaycanlı hücumçusu Mahir Emreli barədə danışıb.
Publika.az xəbər verir ki, "Bild.de" saytına açıqlamasında mütəxəssis həmyerlimizdən narazılıq edib:
“Mahirlə ünsiyyət qurmaq asan deyil. Bəzi şeyləri ona 2-3 dəfə başa salmalı oluruq. Buna görə də tez-tez künc zərbələri və ya cərimə zərbələri zamanı harada durmaq barədə göstərişlər alır. Onunla bu barədə daim danışırıq. Stefanos Tzimasla qarşılıqlı əlaqələri yaxşılaşıb. Amma hələ ki, razı deyiləm”.
Qeyd edək ki, Mahir Emreli yayda “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. O, Almaniyanın ikinci Bundesliqa klubunda 14 oyunda 4 qol vurub və 1 assist edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti