Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Azərbaycanın namizədi BMT-də qalib gəldi: bu qədər ölkədən dəstək aldı
Azərbaycanın namizədi BMT-də qalib gəldi: bu qədər ölkədən dəstək aldı

Azərbaycan daha bir mühüm beynəlxalq uğura imza atıb.

Reportyor.tv xəbər verir ki, Nyu-Yorkda Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın iştirakçı dövlətlərinin iclasında keçirilən seçkilərdə Azərbaycanın namizədi, beynəlxalq hüquq professoru Fuad Zərbiyev BMT İnsan Hüquqları Komitəsinin 2027–2030-cu illər üzrə üzvü seçilib.

Professor Zərbiyev səsvermənin ilk turunda 131 dövlətin dəstəyini qazanaraq komitəyə seçilən namizədlər arasında ən yüksək nəticələrdən birini göstərib.

Fuad Zərbiyev beynəlxalq hüquq sahəsində tanınmış alimlərdən biridir. O, İsveçrədə fəaliyyət göstərən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Cenevrə İnstitutunun professorudur. Alimin beynəlxalq məhkəmələr, dövlətlərin beynəlxalq məsuliyyəti və insan hüquqları sahəsində çoxsaylı elmi araşdırmaları mövcuddur.

Qeyd edək ki, BMT İnsan Hüquqları Komitəsi Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın icrasına nəzarət edən əsas qurumlardan biridir. Komitə 18 müstəqil ekspertdən ibarətdir və üzv dövlətlərin insan hüquqları sahəsində öhdəliklərinin yerinə yetirilməsini qiymətləndirir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti