Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Tramp “böyük tariflərin” tətbiq olunacağını açıqladı
Tramp “böyük tariflərin” tətbiq olunacağını açıqladı

ABŞ administrasiyası idxal edilən əczaçılıq məhsullarına da gömrük rüsumları tətbiq etmək niyyətindədir.
Reportyor.tv xarici agentliklərə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp paytaxtda Respublikaçıların Milli Komitəsi üçün vəsaitin toplanması tədbirində çıxışı zamanı deyib: "Biz üzərimizə düşəni edəcəyik. Biz əczaçılıq məhsullarına tariflər tətbiq edəcəyik. Bizim hamıdan üstünlüyümüz ondan ibarətdir ki, biz böyük bazarıq. Ona görə də yaxın gələcəkdə biz əczaçılıq məhsullarına böyük tariflərin tətbiqini elan edəcəyik".
Qeyd edək ki, əczaçılıq məhsullarına 25 faizlik rüsum tətbiqi planını Tramp martın ortalarında açıqlamışdı. Lakin ABŞ əczaçılıq şirkətlərinin nümayəndələri administrasiyadan bu prosesin tədricən həyata keçirilməsini xahiş ediblər. Onlar bunu bir çox məhsullar üzrə ABŞ-ın idxaldan xeyli dərəcədə asılı olması ilə əsaslandırıblar.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti