Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ucu-bucağı bilinməyən Rusiya təslim olur: Cəmi iki regiondan başqa
Ucu-bucağı bilinməyən Rusiya təslim olur: Cəmi iki regiondan başqa

Rusiyada yanacaq satışına qoyulan məhdudiyyətlər daha da genişlənir.

Reportyor.tv xəbər verir ki, Rusiyada benzinin satışına məhdudiyyət tətbiq olunmayan cəmi iki region – Kalmıkiya və Çukotka qalıb. Ölkənin digər bütün subyektlərində, eləcə də işğal altındakı Krım və Sevastopolda artıq yanacaq satışına limitlər tətbiq edilib və ya yanacaq alınması ilə bağlı problemlər olduğu bildirilir.

Üç regionda hakimiyyət artıq yüksək hazırlıq rejimi elan edib. Bəzi yerlərdə benzin talonla, bəzi bölgələrdə isə hər avtomobilə 15–30 litr həcmində satılır. Oryol vilayətində isə avtomobillərin dövlət qeydiyyat nişanının son rəqəminə uyğun yanacaq doldurulması qərara alınıb.

Qeyd olunur ki, məhdudiyyət tətbiq edilməyən son iki regionun da yaxın vaxtlarda ümumi tendensiyaya qoşula biləcəyi ilə bağlı ehtimallar səsləndirilir.

Musavat.com

Şərhlər