Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Türkiyədən güc nümayişi: Dünyanın ən böyük...
Türkiyədən güc nümayişi: Dünyanın ən böyük...

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ölkəsinin müdafiə sənayesində əldə etdiyi nailiyyətləri açıqlayıb.

Reportyor.tv xəbər verir ki, Ərdoğan ölkəsinin mövcud dünya nizamında istənilən ssenariyə hazırlaşdığını bildirib. O qeyd edib ki, Türkiyə müdafiə sənayesi məhsullarının ixracına görə hazırda dünyada 11-ci yerdə qərarlaşıb.

Dövlət başçısının sözlərinə görə, hərbi gəmiqayırma sahəsində ölkə tarixinin ən parlaq dövrü yaşanır. O bildirib ki, bu günə qədər dünyanın müxtəlif ölkələrinə 140-dan çox dəniz platforması ixrac olunub, hazırda isə Türkiyə gəmiqayırma zavodlarında 50-dən artıq hərbi gəmi inşa edilir.

Ərdoğan vurğulayıb ki, ölkə tarixində ilk dəfə olaraq NATO və Avropa İttifaqına üzv olan bir dövlətə – Rumıniyaya hərbi gəmilər ixrac edilib. O, həmçinin universiteti ziyarət edən Polşa Prezidenti Karol Navrotski ilə müdafiə sənayesi sahəsində əməkdaşlıq da daxil olmaqla bir çox məsələləri müzakirə etdiklərini açıqlayıb.

Türkiyə Prezidenti çıxışında ölkəsinə qarşı irəli sürülən ittihamlara da toxunub. Ərdoğan bildirib ki, Türkiyəyə qarşı böhtan xarakterli iddialar səsləndirən və əlləri Qəzzada əksəriyyəti qadın və uşaqlar olmaqla 73 min günahsız insanın qanına bulaşmış cinayətkar şəbəkənin ittihamlarına heç bir əhəmiyyət vermirlər.

O əlavə edib ki, Türkiyə tarixində soyqırımı, kütləvi qırğınlar, zülm və müstəmləkəçilik olmayıb. Prezidentin sözlərinə görə, minillik şərəfli tarix boyunca yalnız ədalət və mərhəmət prinsipləri rəhbər tutulub.

Musavat.com

Şərhlər