“AST Telman”ın killerinin məhkəməsi başlayır
Tarix: Dünən, 22:46
Baxılıb: 130
Google+ Paylaş
Tumblr Paylaş

“AST Telman”ın killerinin məhkəməsi başlayır

Dünən, 22:46

Ona erməni Avraam Russoya sui-qəsd ittihamı da verildi

Moskva Hərbi Məhkəməsi iş adamı Telman İsmayılovun şəxsi mühafizəçisi olmuş Tarxan Eldukayevə qarşı cinayət işinə xitam verlməsi barədə vəsatəti rədd edib. Müdafiəçilər vəsatəti cinayət işi ilə bağlı müddətinin başa çatması ilə əlaqələndiriblər. Musavat.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə müğənni Avraam Russonun maraqlarını təmsil edən vəkil Andrey Aleşkin məlumat verib.
Eldukaev, Russo da daxil olmaqla, qətllər və adam öldürməyə cəhdlə bağlı işdə suçlu bilinir. Eldukaev bir sıra ağır cinayətlər törətməkdə, o cümlədən mütəşəkkil dəstə tərəfindən iki nəfəri sifarişli öldürməyə cəhddə, cinayətə köməklik və təşviqatda suçlu bilinir. Bundan əvvəl Avraam Russonun Eldukaevə qarşı 10 milyon rubl təzminat iddiası qaldırdığı bildirilirdi. Tarxan Eldukaev Çeçenistan əsilli və keçmiş hərbçidir. 2025-ci ilin martına olan məlumata görə, Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Eldukayevə qarşı cinayət işinin istintaqını başa çatdırıb. O, T.İsmayılovun sifarişi ilə bir neçə qətli icra etməkdə suçlanır. Rusiya mediası yazır ki, ittihamları qəbul etməsə də, könüllü müharibədə iştirak etmək, hətta qohumlarından ibarət bölük yaratmaq arzusunu da dfilə gətirib. 
Screenshot_3.png (499 KB)
Yada salaq ki, Avraam Russo illər əvvəl azərbaycanlı iş adamı, AST Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılov(“AST Telman” )tərəfindən döyüldüyü və oğurlandığıni iddia edib.
Moskva Qarnizonu Hərbi Məhkəməsi iş adamı Telman İsmayılovun şəxsi mühafizəçisi, təqsirləndirilən Tarxan Eldukayevin müdafiəsinin iddia müddətinin başa çatması ilə əlaqədar işə xitam verilməsi barədə vəsatətlərini təmin etməyib. Bu barədə RİA Novosti-yə müğənni Avraam Russonun maraqlarını təmsil edən vəkil Andrey Aleşkin məlumat verib.
Russo iddia edidi ki, o, Telman İsmayılovla 1991-ci ildə Kiprdə görüşüb - o vaxt artist milyarderin tədbirlərində çıxış edirdi. Lakin, müğənninin sözlərinə görə, mentalitetlərin fərqliliyinə görə onlar arasında fikir ayrılığı yaranırdı: “Bütün varlılar kimi, ola bilər, o, özünəməxsus insandır. Onun öz mentaliteti, xarakteri var, onu razı salmaq çətindir. Üstəlik, bizim mədəniyyətlərimiz fərqli idi, mən onu heç vaxt başa düşmürdüm. Bəli, ona görə mənə asan deyildi. Düzü, məhz bunu heç vaxt xatırlamaq istəmirəm. Amma bir şeyi deyə bilərəm: mən həyatda bu yolu keçmişəm. Əgər mənim həyatımı, bütün bunları geri qaytarsaq, onunla münasibətlərimi yenidən nəzərdən keçirərdim”. 
Screenshot_4.png (612 KB)
Russonun sözlərinə görə, 2004-cü ilin yanvarında İsmayılov öz əlaltıları ilə onu döyüb, estrada fəaliyyətini onun şərtləri əsasında davam etdirməyi tələb edib. Bundan başqa, müğənnini döydükdən sonra İsmayılovun Moskva ətrafındakı evinə aparıblar, artist bütün tələblərlə razılaşmayanadək orada saxlayıblar.
Baş verən hadisədən sonra müğənni İsmayılovla əlaqə saxlamayıb, lakin münaqişə bununla bitməyib. 2006-cı ildə Russoya hücum olunub: müğənninin avtomobilini avtomatdan atəşə tutublar, artist üç güllə yarası alıb.
Rusiyanın İstintaq Komitəsi Telman İsmayılov bir neçə ağır cinayərdə suçşlayır və illərdir axtarışdadır. Onun Balkan ölkələrinin birində vətəndaşlıq aldığı və orada biznesini davam etdirdiyi deyilir. 
Screenshot_5.png (722 KB)
Suriyanın Hələb şəhərindən olan milliyətcə erməni, əsl adı Abraxam İpcan olan sənətçini Telman İsmayılov Kiprdə restoranda oxuyanda görüb və xoşuna gəlib. Sonra gətirib milyonlar xərcləyərək, Rusiya şou-biznesinə təqdim edib. Rusiyaya gələn erməni Abraxam İpcanov adını dəyişərək Avram Russo olub və 2001-ci ildən etibarən Rusiyanın ən məşhur müğənniləri ilə konsertlər verib, klip çəkdirib. Özünə Rusiya şou-biznesində yer etdikdən sonra Avraam öz erməni xislətinə sadiq qalaraq, “AST Telman”dan üz döndərdi və dönük çıxıb. Avraam öz açıqlamalarında deyib ki, valideynləri Türkiyədən Hələbə köçən ermənilərdəndir. Livan, Fransa və Suriyada yaşayıblar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ