Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Aktual » Paşinyan: Azərbaycanla bu bəyanatı imzalamaq mümkündür
Paşinyan: Azərbaycanla bu bəyanatı imzalamaq mümkündür

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla birgə ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edir.
Bu barədə o, Estoniyada keçiriyi mətbuat konfransında danışıb.
Bildirib ki, Ermənistan regionda davamlı sülhə nail olmaq üçün qəti mövqeyə malikdir: “Biz bu yolda lazımi addımları atmaqda qətiyyətliyik, mövcud problemləri qonşularımızla konstruktiv dialoq və danışıqlar yolu ilə həll etməyə hazırıq”.
“Mən Estoniya Baş naziri ilə söhbət zamanı artıq razılaşdırılmış sülh sazişi mətnini imzalamağa hazır olduğumu təsdiqlədim, həmçinin qeyd etdim ki, ATƏT-in Minsk qrupunun strukturlarının buraxılması haqqında Azərbaycanla birgə bəyanatın sülh sazişi ilə eyni zamanda imzalanmasını mümkün hesab edirəm", - Paşinyan vurğulayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti