Sara Rzayevaya yeni vəzifə verildi
Tarix: 29-04-2025, 17:55
Baxılıb: 512
Google+ Paylaş
Tumblr Paylaş

Sara Rzayevaya yeni vəzifə verildi

29-04-2025, 17:55

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) Kommunikasiya şöbəsinə rəhbər təyin edilib.
Bu vəzifə Sara Rzayevaya həvalə olunub.
Xatırladaq ki, AZCON ötən ilin noyabr ayında yaradılıb. Holdinqin yaradılması ilə "Azərbaycan Hava Yolları”, "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, "Bakı Metropoliteni”, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-lər, "BakuBus” və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus "Aztelekom”, "Azerbaijan International Telecom” (AzInTelecom)”, "Azərpoçt”, "Bakı Taksi Xidməti” MMC-lər, "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi qurumun idarəetməsinə verilib.
AZCON-un Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, baş icraçı direktoru isə Şahin Babayevdir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ