Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Aktual » Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA
Ukraynada oğurlanan azərbaycanlı biznesmenlə bağlı AÇIQLAMA

Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.

1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.

Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V.Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlı Musavat.com-a bildirib ki, hələlik hadisə ilə bağlı yeni təfərrüatlar polis tərəfindən açıqlanmayıb: ”Onun ailəsinə lazimi dəstək göstəririk. Bu istiqamətdə hüquq-mühafizə orqanları iş aparır. Bu barədə ictimaiyyətə məlumat veriləcək. Biz də araşdırmaların nəticələrini gözləyirik”, -deyə o bildirib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti