Bakıda makler 5 sahibkarın yarım milyonunu mənimsədi
Tarix: 2-05-2025, 20:47
Baxılıb: 609
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda makler 5 sahibkarın yarım milyonunu mənimsədi

2-05-2025, 20:47

Bakı Ağır Cinayətlər Məhkəməsində yarım milyon manat dələduzluqda təqsirləndirilən Vüsal Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə V.Cəfərov 7 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, V.Cəfərov "Dərnəgül" tikinti materialları bazarında sahibkarlardan ümumilikdə 509 min 400 manatlıq tikinti materialları alsa da, həmin materialların pulunu mənimsəyib.
İş üzrə 5 nəfər zərərçəkmiş qismində tanınıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ