
Milli Hidrometeorologiya Xidmətinin iyulun 18-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Bu barədə Reportyor.tv Xidmətdən xəbər verilib.
İyulun 17-də cənub-şərq küləyi arabir Gəncədə 20 m/s, Naftalan, Zaqatalada 18 m/s-dək güclənib.
İyulun 17-si temperatur Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 33 dərəcəyədək isti, aran rayonlarında 30 dərəcəyədək isti, dağlıq rayonlarda 21 dərəcəyədək isti olub.
İyulun 18-i gündüzdən ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, 19-20-də gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.
Şərhlər