Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Keçmiş məhkum 8 kq narkotiklə tutuldu
Keçmiş məhkum 8 kq narkotiklə tutuldu

Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.
Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti