Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Trampdan xüsusi mesaj: “Ərdoğan olmasaydı, gəlməzdim”
Trampdan xüsusi mesaj: “Ərdoğan olmasaydı, gəlməzdim”

ABŞ Prezidenti Donald Tramp NATO sammiti ilə bağlı diqqətçəkən açıqlama verərək Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğan haqqında danışıb.

Reportyor.tv xəbər verir ki, NATO sammiti öncəsi çıxış edən Tramp alyansa üzv ölkələrdən bir daha böyük məyusluq yaşadığını bildirib.

O deyib ki, NATO sammiti Türkiyədə keçirilməsəydi, böyük ehtimalla özü də tədbirə qatılmazdı.

“Əgər NATO sammiti Türkiyədə keçirilməsəydi – dostum, çox güclü liderin ölkəsində olmasaydı – yəqin ki, mən də bu sammitə qatılmazdım”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti əlavə edib ki, İranla bağlı hərbi əməliyyatlar zamanı NATO ölkələrinin dəstəyini istəməyib.

“Onların köməyini heç istəmədim. Çünki onsuz da orada olmayacaqlarını demişdilər”, – deyə Tramp bildirib.

O, həmçinin ABŞ-nin uzun illər ərzində Avropa və digər müttəfiqlərinin təhlükəsizliyi üçün NATO-ya trilyonlarla dollar xərclədiyini xatırladıb.

Musavat.com

Şərhlər