Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Qubada liseydə yoxlamalar başlanıldı: Direktora cinayət işi açılıb?
Qubada liseydə yoxlamalar başlanıldı: Direktora cinayət işi açılıb?

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə mənimsəmə faktlarının aşkarlandığı bildirilir.

Reportyor.tv xəbər verir ki, bu barədə oxu.az-a adıçəkilən liseydən məlumat verilib. Məlumatda bildirilir ki, liseydə baş verən mənimsəmə halları ilə bağlı maliyyə yoxlamaları başlanıb və faktlar aşkarlanıb.

Məlumatda bildirilir ki, araşdırmaların nəticəsi Quba Rayon Prokurorluğuna göndərilib. İddia edilir ki, Quba Rayon Prokurorluğunda liseyin direktoru Lalə Bədəlova barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin maliyyə fəaliyyətinə dair aidiyyəti dövlət qurumu tərəfindən yoxlama aparılır: "Araşdırma tam yekunlaşdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edirik ki, araşdırmanın nəticələri ilə bağlı bütün addımlar qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək".

Şərhlər