“Space” TV cəzalandırıldı: Üç saat...
Tarix: 4-08-2020, 20:15
Baxılıb: 477
Google+ Paylaş
Tumblr Paylaş

“Space” TV cəzalandırıldı: Üç saat...

4-08-2020, 20:15

Milli Televiziya və Radio Şurasının videoformatda iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda 20-31 iyul 2020-ci il tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub.
Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ