Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: Azərbaycanda film kimi OLAY
Tarix: 23-01-2025, 13:06
Baxılıb: 477
Google+ Paylaş
Tumblr Paylaş

Arvadının fotosunu yayıb pul tələb ETDİLƏR: Azərbaycanda film kimi OLAY

23-01-2025, 13:06

Rayon sakini Sahib Qınıyev bu barədə Ajans.az-a müraciət edərək başına gələn hadisəni danışıb.
Onun sözlərinə görə, Mehriban Göylərov adlı şəxs həyat yoldaşının fotolarını "TikTok" sosial şəbəkəsində paylaşaraq şantaj xarakterli hərəkətlərə əl atıb. Bu məqsədlə "arvadını.satan" adlı səhifə açan həmin şəxs qadının fotolarının yer aldığı videoları yayımlayıb və onların silinməsi üçün pul tələb edib.
Sahib Qınıyev məsələ ilə bağlı narahatlığını ifadə edərək bunları bildirib:
"Bu cür şantaj və təhdidlər ailəmizin psixoloji vəziyyətinə ciddi zərbə vurub. Videoların silinməsi üçün məndən pul tələb edilir. Xahiş edirəm ki, aidiyyəti orqanlar bu məsələni araşdırıb, lazımi tədbirlər görsünlər."
Hazırda məsələnin hüquqi müstəvidə araşdırılması üçün aidiyyəti qurumlara müraciət edilməsi zərurəti yaranıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən, şantaj cinayəti 182-ci maddə (Hədə-qorxu ilə tələb etmə) ilə tənzimlənir. Maddəyə görə, şantaj edən şəxs müəyyən cəzalarla üzləşə bilər.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ