Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » SON DƏQİQƏ! "TikTok" ÇÖKDÜ
SON DƏQİQƏ! "TikTok" ÇÖKDÜ

Rusiya sakinləri "TikTok" tətbiqinin pis işləməsindən şikayətlənirlər.
Reportyor.tv xəbər verir ki, "Sboy.rf" səhifəsində şikayətlərin sayı artıq 20 mini keçib.
Məlumata görə, 25 yanvar tarixinə olan vəziyyətə əsasən, tətbiq ilə bağlı 21 493 şikayət qeydə alınıb. Bu nasazlıqlar barədə Moskva, Sankt-Peterburq, Xabarovsk vilayəti, Novosibirsk, Çelyabinsk və Sverdlovsk vilayətlərinin sakinləri məlumat verirlər.
Başqa bir nasazlıq izləmə platforması olan "Downdetector" isə istifadəçilərin "TikTok" tətbiqini yükləyərkən uzun müddət gözləmək məcburiyyətində qaldıqlarını göstərir. Bundan əlavə, ruslar şəxsi hesablarına daxil ola bilmədiklərini və məzmunu tez yükləyə bilmədiklərini bildirirlər.
Xatırladaq ki, 10 gün ərzində istifadəçilər Rusiya internetində ikinci dəfə kütləvi nasazlıqla üzləşiblər. Şikayətlər əsasən Rusiya operatorlarının istifadəçiləri tərəfindən edilib. Bəzi vebsaytlar ya yavaş açılır, ya da ümumiyyətlə açılmır. Həmçinin "Telegram"a daxil olmaqda çətinliklər yaşanıb. Kreml qeyd edib ki, "Runet"dəki nasazlıqlarla mübarizə əlavə səylər tələb edir. Əahliyə Roskomnadzora müraciət etmələri tövsiyə olunub.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti