"Taxt oyunları"nın müəllifi 12 min il sonra "dirildilən" qədim canavarlarla - Foto
Tarix: 10-04-2025, 09:28
Baxılıb: 139
Google+ Paylaş
Tumblr Paylaş

"Taxt oyunları"nın müəllifi 12 min il sonra "dirildilən" qədim canavarlarla - Foto

10-04-2025, 09:28

"Game of Thrones"un ("Taxt oyunları") müəllifi, yazıçı Corc R.R.Martin son günlərdə sosial mediada ən çox müzakirə olunan heyvanlarla bir araya gəlib.
Publika.az xəbər verir ki, o, 12 min il əvvəl yaşamış qədim canavarın klonu ilə tanış olub.
Bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşan yazıçı onları ilk dəfə fevralda gördüyünü, lakin bunu gizli saxladığını etiraf edib.
"Mən və Romul. Ya bəlkə də Rem. Onlar əkizdirlər və bir-birindən ayırmaq çətindir", - deyə yazıçı paylaşdığı şəkilə şərh verib.
Xatırladaq ki, ABŞ-ın "Colossal Biosciences" biotexnologiya şirkəti 12 000 il öncə nəsli tükənən qədim canavarın genlərini daşıyan üç klon yaradıb. Həmin canavar növü "Taxt oyunları" fantastik serialını izləyənlərə tanışdır.





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ