Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirib
Komada qalan hamilə qadın sağlam körpə dünyaya gətirib

Bakıda 27 yaşlı hamilə qadın 4 gün komada qaldıqdan sonra sağlam körpə dünyaya gətirib.

Qadın qıcolma sindromu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Doğum-Reanimasiya şöbəsinə yerləşdirilib.
O, həkimlərin uğurlu müalicə prosedurları nəticəsində həyata qaytarılıb. 

Daha sonra KTM-in Ginekologiya şöbəsində hamiləliyin izlənməsi və müalicəsi üçün müayinələr başlayıb. 

07.04.2025-ci il tarixində və hamiləliyin 39-cu həftəsində mama-ginekoloq Şölə Səfərova qeysəriyyə kəsiyi əməliyyatı icra edib. 

Çəkisi 3990 qram, boyu 52 sm olan sağlam körpə (kişi cinsli) dünyaya gəlib. Zəruri müayinələrdən sonra ana və körpənin səhhəti yaxşı vəziyyətdə evə buraxılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti