İşdən çıxarılan bağça müdirinin şikayəti təmin edilmədi
Tarix: 11-04-2025, 22:44
Baxılıb: 111
Google+ Paylaş
Tumblr Paylaş

İşdən çıxarılan bağça müdirinin şikayəti təmin edilmədi

11-04-2025, 22:44

Təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Göyçay şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında yoxlamalar aparılıb.

Bu haqda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Nəticədə bağçanın sabiq müdiri Abbasova Kəmalə Vaqif qızının fəaliyyəti zamanı müəssisəyə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri və vəzifə funksiyalarını yerinə yetirmədiyinə dair əsaslı şübhələr müəyyən edilib.

Bu səbəbdən o, 12 iyul 2024-cü ildə vəzifəsindən azad edilib.

Daha sonra o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı işə bərpa olunma və məcburi iş buraxmaya görə əməkhaqqı tələbi ilə məhkəməyə müraciət edib. Nərimanov Rayon Məhkəməsi tərəfindən müvafiq qətnaməsinə əsasən onun iddiası təmin edilməyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ