Doğuşda kliniki ölüm keçirən qadın xilas edildi, körpəsi öldü - YENİLƏNİB
Tarix: Dünən, 20:34
Baxılıb: 67
Google+ Paylaş
Tumblr Paylaş

Doğuşda kliniki ölüm keçirən qadın xilas edildi, körpəsi öldü - YENİLƏNİB

Dünən, 20:34

Ağdamda doğuş zamanı kliniki ölüm keçirən qadın Bakıdakı xəstəxanalardan birinə yerləşdiriləcək.
Fatimə Yusifovanın vəziyyəti nəzərə alınaraq onun paytaxtda fəaliyyət göstərən xəstəxanalardan birinə köçürülməsi qərara alınıb. 


Hazırda F.Yusifovanın təcili tibbi yardım avtomobili ilə paytaxta göndərilməsi prosesi həyata keçirlir.
***
Ağdamda dölün ana bətnində tələf olmasının ilkin səbəbi açıqlanıb.
TƏBİB-dən bildirilib ki, bu gün saat 10:30 radələrində 2004-cü il təvəllüdlü şəxs hamiləliyin 41-ci həftəsinin doğuş sancıları ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və doğum şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, ona təkdöllü spontan doğuş, hamiləliyin sonunda döl başının tibbi yardım göstərilməsini tələb edən yüksək duruşu, döl qişalarının vaxtından əvvəl cırılması diaqnozları təyin olunub.
Məlumata görə, müraciət zamanı qadının səhhətinin ağırlaşması səbəbindən saat 11:10 radələrində Cərrahiyyə blokuna yerləşdirilib. Zəruri instrumental-diaqnostik müayinələrə baxmayaraq, vətəndaşın kliniki ölüm halı qeydə alınıb.
Həkimlərin çoxsaylı müdaxiləsi sayəsində qadının həyatı xilas edilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Ölü doğulan körpənin meyiti təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
***
Ağdamda doğuş vaxtı kliniki ölüm keçirən 24 yaşlı qadın xilas edilib, bətnindəki körpə isə ölüb.
Hadisə ötən gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Doğuş üçün əməliyyat otağına götürülən 2004-cü il təvəllüdlü Fatimə Məzahir qızı Yusifovanın halı anidən pisləşib və əməliyyat masasında kliniki ölüm keçirib.
Həkimlər onun həyatını xilas etmək üçün CPR-dan (“Cardiopulmonary Resuscitation” – ürəyin qapalı masajı) istifadə edib. Lakin nəticə olmadığı üçün o, defibrilyasiya edilərək həyata geri qaytarılıb. Körpənin həyatını isə xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ