Yaxın günlərdə Abşeron yarımadasında tülkülərin fəallaşması gözlənilir.
Reportyor.tv xəbər verir ki, bu barədə Minval.az saytına açıqlamasında Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov məlumat verib.
Onun sözlərinə görə, hər il yaz mövsümündə, yəni tülkülərin çoxalma dövründə, əhali arasında onlara dair şikayətlərin sayı artır.
“Əslində, şəhər burda salınmamışdan çox əvvəl Abşeron tülkülərin təbii yaşayış yeri olub. Amma indi insanlar düşünür ki, guya tülkülər insan məskənlərinə gəlir. Əsas səbəb isə budur ki, şəhərdə məişət tullantıları düzgün utilizasiya olunmur. Bu tullantılar tülküləri cəlb edir. Onlar qida axtarışında şəhərə gəlirlər və bu da onların şəhər ərazilərində sayının artmasına səbəb olur”, – deyə Ə.Əsgərov bildirib.
Musavat.com