Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Həmin sahə rəisi iş yoldaşlarını xilas etmək istəyirmiş
Həmin sahə rəisi iş yoldaşlarını xilas etmək istəyirmiş

Xəbər verdiyimiz kimi,  dünən Ağsuda bədbəxt hadisə yaşanıb. Güclü sel ekskavatoru aşırıb. Hadisə rayonun Kalva kəndində qeydə alınıb.
Selin ekskavatoru aparması nəticəsində Pərviz Həyatullayev adlı tikinti sahəsinin rəisi həlak olub.  
Məlumata görə, yol-təmir işləri ilə məşğul olan işçilər güclü yağışdan qorunmaq üçün ekskavatorda oturublar. Pərviz seldə qalan iş yoldaşlarını xilas etmək üçün özünü fəda edib. Çaya gələn güclü sel ekskavatoru aşırıb. 
Hadisə nəticəsində digər 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Vəziyyətləri nisbi stabil qiymətləndirilir.
Qeyd edək ki, 42 yaşlı Pərviz Həyatullayev 4 uşaq atası idi.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti