“Uşağımın müalicəsinə xərcləmişəm” - Veloparkdan 25 minlik oğurluq edən şəxs
Tarix: 19-04-2025, 18:58
Baxılıb: 107
Google+ Paylaş
Tumblr Paylaş

“Uşağımın müalicəsinə xərcləmişəm” - Veloparkdan 25 minlik oğurluq edən şəxs

19-04-2025, 18:58

Gənclər və İdman Nazirliyi Respublika Velosiped Trekinin balansında olan BMX Veloparkdan 25 min manatlıq oğurluq edən şəxs hakim qarşısına çıxarılıb.
Oğurluq hadisəsini törədən 33 yaşlı Kamran Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində bağ fəhləsi işləyib.
Onun işlədiyi sahə Veloparkın ərazisi olub.
Kamran maddi ehtiyaclarını qarşılaya bilmədiyi üçün Veloparkdan oğurluq etmək qərarına gəldiyini deyib. Bu məqsədlə ərazidə olan elektrik kabellərini kəsərək metal şəklində satıb. Bununla 6000-7000 min manat əldə etdiyini deyən Kamran həmin məbləği xəstə olan uşağının müalicəsinə və borclarına xərclədiyini bildirib. Əməlindən peşman olduğunu deyən Kamran barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Zərərçəkmiş kimi Gənclər və İdman Nazirliyi Respublika Velosiped Treki tanınıb. Qurumun nümayəndəsi dəymiş zərərin 25 min 836 manat olduğunu və ödənilməsini tələb edib.
Məhkəmə Kamran barəsində 2 il azadlıqdan məhrumetmə cəzası təyin edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ