Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Qubada qaya parçasının bağladığı yol açılıb - YENİLƏNİB
Qubada qaya parçasının bağladığı yol açılıb - YENİLƏNİB

Qubada qaya parçalarının düşməsi səbəbindən bağlanan yolda hərəkət bərpa edilib.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məlumat verib.
O bildirib ki, Quba-Qonaqkənd yolunun 31-ci km-də qaya parçalarının parçalanaraq yolun hərəkət hissəsindən kənarlaşdırılması işləri başa çatıb və yolda hərəkət tam bərpa olunub. 
***
Qubada qaya parçaları yola düşüb.
Hadisə Quba-Qonaqkənd yolunun "Təngə dərəsi" adlanan ərazidən keçən hissəsində baş verib.
Nəticədə 10-dan çox yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yolun açılması istiqamətində işlərə başlanılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti