Qadının metroda etdiyi hərəkət müzakirələrə səbəb oldu
Tarix: 21-04-2025, 23:01
Baxılıb: 145
Google+ Paylaş
Tumblr Paylaş

Qadının metroda etdiyi hərəkət müzakirələrə səbəb oldu

21-04-2025, 23:01

Sosial şəbəkələrdə Bakı metrosunda sərnişinlərdən birinin lüzumsuz səbəblə “sərnişin-maşinist” rabitəsindən istifadə etməsi ilə bağlı görüntülər yayılıb.
Kadrlarda xanım sərnişin maşinistlə rabitədən bir neçə dəfə istifadə edərək ona suallar ünvanlayır.
Sərnişini maraqlandıran məqam isə rabitə düyməsindən gərəksiz istifadə etdiyi üçün onu hansı cəzanın gözləməsidir:
Məlumat üçün qeyd edək ki, bu, Nazirlər Kabinetinin təsdiqi ilə Bakı Metropolitenində qadağan olunan hərəkətlər siyahısında yer alıb. Belə ki, sözügedən təlimatın 5.26-cı bəndində zərurət olmadıqda “sərnişin-maşinist” rabitəsindən istifadə etmək qadağan edilmiş hərəkət hesab olunur.
O ki qaldı sərninişin sualına, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsi ilə icraedicinin 200 manat məbləğində cəriməsi nəzərdə tutulur./Qafqazinfo.az/


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ