Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Əlini "ağdan qaraya" vurmurlar, pul "havadan" gəlir - Şanslı bürclər
Əlini "ağdan qaraya" vurmurlar, pul "havadan" gəlir - Şanslı bürclər

Bu gün "şans"dan danışırıqsa, bilməliyik ki, o təsadüfi gəlmir. Şans çalışana, iradə göstərənə, öz gücünə inanana gəlir.
Lakin, bəzi insanlar var ki, onların həyat yolu uğurla paralel addımlayır. Astroloqların rəyinə görə bu xüsusiyyətləri özündə daşıyan üç bürc var - Oxatan, Şir və Əkizlər.
Oxatan - daim irəli baxan, risk etməkdən çəkinməyən, qərar verərkən tərəddüd etməyən bir bürcdür. Onların xasiyyəti müstəqillik və cəsarətlə seçilir. Belə insanlar heç vaxt yerində saymır. Çünki onlar yaxşı bilirlər - uğur hərəkətdədir. Və bu fəallıq onların həyatında yeni qapılar açır.
Şir - özünəinamı yüksək olan, liderlik keyfiyyətlərini daşıyan bir bürcdür. Onlar heç vaxt arxa planda qalmaqla razılaşmır. Çünki ruhlarında idarə etmək, yön vermək, irəli aparmaq arzusu var. Şir bürcü olan insanlar uğuru cəlb edir. Onlar əminliklə hərəkət edirlər və nəticə də ortadadır.
Əkizlər - çevik düşüncəsi, praqmatik yanaşması və məntiqi zəkası ilə seçilən bürcdür. Onlar informasiyanı tez qavrayır, dəyişikliklərə tez uyğunlaşır və hadisələrə rasional yanaşırlar. Belə xüsusiyyətlər şans deyilən anlayışı özü ilə gətirir.
Bu üç bürc - Oxatan, Şir və Əkizlər - həyatda öz yolunu tapan, geriyə baxmayan və daim inkişaf edən insanları təmsil edir. Bu, onu göstərir ki, istedad, zəhmət və qətiyyət olduğu yerdə şans özü gəlir. Bunu həm ulduzlar, həm də həyatın reallıqları sübut edir.//Milli.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti