
Rusiyada bir kuryer sifarişi çatdırarkən müştərinin ona 1000 rubl (təxminən 13 dollar) qarşılığında zibili atmağı təklif etməsi ilə qarşılaşıb. Hadisə sosial mediada gündəm olub.
Bu barədə kuryer özü paylaşım edib.
Qapını açan qadın müştəri sifarişi qəbul etdikdən sonra kuryerə iki böyük zibil torbasını uzadaraq onları aşağıdakı konteynerə atması qarşılığında pul təklif edib.
“Bu iki zibil torbasını aşağı apara bilərsən?” deyə soruşan qadın, kuryerin təəccüblü baxışları qarşısında cibindən 1.000 rubl (təxminən 13 dollar) çıxarıb ona uzadıb.
Rusiyada standart çatdırılma haqqından dəfələrlə yüksək olan bu məbləğ qarşısında kuryer təəccübünü gizlədə bilməyib.
Adətən cəmi bir neçə yüz rubl bəxşiş alan kuryerlər üçün, cəmi bir neçə addımlıq məsafədə yerləşən zibil konteynerinə getmək müqabilində 1.000 rubl qazanmaq günün bonusu kimi qiymətləndirilib.//Lent.az






Şərhlər