Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ərdoğan: “Fürsəti qaçırmayın” – İranla vacib telefon danışığı
Ərdoğan: “Fürsəti qaçırmayın” – İranla vacib telefon danışığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb. Musavat.com xəbər verir ki, söhbət zamanı tərəflər bölgədə atəşkəs rejimi və təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ərdoğan vurğulayıb ki, yaxın vaxtlarda keçiriləcək danışıqlar region üçün mühüm fürsət yaradır və bu imkan maksimum dərəcədə dəyərləndirilməlidir. Onun sözlərinə görə, uzunmüddətli sülh və sabitlik üçün diplomatik proseslərdən effektiv istifadə olunması vacibdir.

Türkiyə lideri eyni zamanda qeyd edib ki, bu prosesi pozmağa yönəlmiş cəhdlərin qarşısı qəti şəkildə alınmalıdır. Danışıqların nəticələrinin bölgənin gələcəyi baxımından həlledici ola biləcəyi diqqətə çatdırılıb.


Musavat.com

Şərhlər