
Yaxın Şərqdə vəziyyət yenidən kritik mərhələyə daxil olur.
Reportyor.tv xəbər verir ki, KAN məlumatına görə, İsrail İranın raket hücumlarını bərpa edə biləcəyi ehtimalını ciddi şəkildə nəzərdən keçirir.
Məlumata əsasən, bu risk İsrail Müdafiə Qüvvələri tərəfindən Livana endirilən son zərbələrdən sonra daha da artıb. İsrail tərəfi hesab edir ki, Tehran buna cavab olaraq yeni hücumlara başlaya bilər.
Bu fonda bu gün axşam saatlarında İsrailin Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək. İclasda yaranmış vəziyyət və mümkün cavab addımları geniş şəkildə müzakirə olunacaq.
Musavat.com






Şərhlər