Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!
Əlaqə məlumatları
Ünvan
Telefon
(+994 60) 217 77 73
“Azərişıq” Xocalıdakı tenderi icra başçısının qohumuna verib-ARAŞDIRMA...
“Get hara istəyirsən şikayət et, heç kimdən qorxmuram”...
HAQQSIZ İŞDƏN ÇIXARILMA İLƏ BAĞLI ŞİKAYƏT...
Yer kürəsinə yeni təhlükə: milyonlarla insanı məhv edən proses geri qayıdır...
Xırdalan şəhər 2 nömrəli məktəbdə qalmaqal: “Aylıq” sistemi ilə bağlı...
Bizi İzləyin
Ana səhifə
Gündəm
Siyasət
İqtisadiyyat
Cəmiyyət
Hadisə
DİGƏR
Şou-Biznes
İdman
Dünya
Müsahibə
Aktual
Sağlamlıq
Mədəniyyət
Sosial
Texnologiya
Bölgə
Köşə
Ölkə
Foto
Video
Reportyor.Tv
»
Gündəm
» Leysan Məmmədovun 14 milyonluq yeyintisi üzə çıxdı — FAKTLAR
Leysan Məmmədovun 14 milyonluq yeyintisi üzə çıxdı — FAKTLAR
Ana səhifə
Gündəm
Leysan Məmmədovun adı çəkiləndə təsəvvürdə dövlətə xidmət yox, büdcə vəsaitlərinin "leysan" kimi axıb talanması canlanır. Buna səbəb Hesablama Palatasının rəsmi audit sənədləri, illərlə yığılıb qalmış rəqəmlər və milyonlarla manatlıq "yeyinti" faktlarıdır.
Gənclər və İdman Nazirliyində Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə rəhbərlik etdiyi 15 il ərzində Leysan Məmmədovun "imza" atmadığı tikinti qalmayıb. Şəmkirdən Astaraya, Sumqayıtdan Qəbələyə qədər ucalan olimpiya komplekslərinin hər kərpici bu maxinasiyalara “şahidlik” edib.
İşğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması sadəcə idarəçilik islahatı deyildi. Bu addım illərdir yerli icra hakimiyyətlərində kök salmış korrupsiya mexanizmlərini, özbaşınalığı və büdcə talanını dayandırmaq, şəffaflığı bərpa etmək məqsədi daşıyırdı. Dövlət başçısının əsas hədəfi şəhid qanı ilə azad olunan torpaqlarda hər qəpiyin yerinə xərclənməsini təmin etmək idi. Lakin Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədovun fəaliyyəti bu ali məqsədlərə kölgə salan faktlarla gündəmə gəlib.
Leysan Məmmədovun adı bizə və hüquq-mühafizə orqanlarına heç də yad deyil. Gənclər və İdman Nazirliyində 15 il ərzində tikinti sektoruna rəhbərlik edən bu şəxsin fəaliyyəti Hesablama Palatasının audit hesabatlarında "yeyinti" və maxinasiya faktları ilə əks olunub. İddialara görə Olimpiya komplekslərinin inşasında milyonlarla manatın mənimsənilməsinə görə ölkədən çıxışına "stop" qoyulub. Görünən odur ki, Məmmədov öz "zəngin təcrübəsini" indi də Ağdam, Füzuli və Xocavənddə tətbiq etməyə başlayıb. Belə ki, onun rəhbərlik etdiyi qurumun fəaliyyətində aşkar olunan mənimsəmə faktları təmir-bərpa adı altında milyonlarla vəsaitin necə buxarlandığını ortaya qoyur.
Əsas ittihamlar ümumi dəyəri 25 milyon manatı ötən üç iri müqavilənin "Platin" MMC-yə həvalə edilməsi ilə bağlıdır. Ortada 25 milyon manatlıq üç nəhəng müqavilə və bu pulların idarə olunduğu maraqlı şəbəkə var. "Platin" MMC adlı şirkətdir. Maraqlıdır ki, bu şirkətin rəsmi rəhbəri Rizvan Vəliyevin bacısı oğlu İsfəndiyar Məmmədov olsa da, iplərin qurum rəhbəri Leysan Məmmədovun oğlu Elnur Məmmədovun əlində olduğu deyilir. Yəni hər şey "ailə daxilində" həll edilir.
Sxemin ən heyrətamiz hissəsi isə evlərin kateqoriyalara bölünməsi zamanı üzə çıxır. Yüngül kosmetik təmirə ehtiyacı olan A kateqoriyalı evlərin kvadratmetri üçün ilkin olaraq 150 manat nəzərdə tutulduğu halda, sənədlərdə bu rəqəm 350 manata qaldırılıb. Hər kvadratmetrdə yaranan 200 manatlıq "süni fərq" dövlət büdcəsinə 14 milyon manatdan çox ziyan vurulması deməkdir.
Bundan əlavə, 2025-ci ilin yanvarında Ağdam şəhərində yaşayış massivlərinin tikintisi ilə bağlı keçirilən tenderlərdə daha sərfəli qiymət təklifləri olmasına baxmayaraq, “SMTS” MMC qalib elan edilib. Müqayisələr göstərir ki, digər şirkətlərin təklifləri ilə fərq ümumilikdə 8,5 milyon manatdan çoxdur ki, bu da dövlət büdcəsi üçün əlavə yük hesab olunur.
Nəticədə ortaya 20 milyon manatdan çox yoxa çıxan vəsait çıxır. Bu qədər pulun necə "əridiyini" görmək üçün uzağa getmək lazım deyil. Evlərin təmirə başlamazdan əvvəlki fotoları ilə indiki sənədləri üz-üzə qoyanda hər şey gün kimi aydın olur. Görəsən, bu qədər aşkar mənimsəməyə imza atanlar hansı məntiqlə hərəkət edirlər? Dövlətin vəsaitini bu qədər rahatlıqla şəxsi maraqlara qurban vermək sadəcə qanun pozuntusu deyil, həm də böyük məsuliyyətsizlikdir.
Görünür, bəziləri üçün Qarabağın bərpası müqəddəs vəzifə olmaqdan çıxaraq növbəti "tender poliqonu" və büdcə talanı fürsətinə çevrilib. İllərlə müxtəlif vəzifələrdə dövlətin milyonlarını mənimsəyələrin hələ də eyni ssenarilərlə hərəkət etməsi, quruculuq işlərinə kölgə salmaqdan başqa bir şey deyil. Amma unutmaq olmaz ki, şəhid qanı ilə alınmış o torpaqlarda qurulan hər bir binaya görə mənimsənilmiş hər qəpiyin hesabı gec-tez sorulacaq.
( ardı var...)
Kənan İsmayıl
Demokrat.az
Paylaş:
Oxunub:2 304
Oxşar xəbərlər
10-05-2025, 22:56
Prezidentlə xanımı Ağdam Muğam Mərkəzinin...
25-10-2022, 00:08
Sumqayıt Tibb Kolleci bir korrupsiya yuvasıdır,...
16-04-2024, 11:29
R.Vardanyan - "Çirkli pulları yuma”...
28-02-2025, 13:37
Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı...
27-09-2024, 08:36
Vətən müharibəsinin başlamasından 4 il ötür...
Şərhlər
Sosial şəbəkələr
Bizi izlə
Bizi bəyən
Bizə abunə
Xəbər Lenti
“Azərişıq” Xocalıdakı tenderi icra başçısının qohumuna verib-ARAŞDIRMA
“Get hara istəyirsən şikayət et, heç kimdən qorxmuram”
HAQQSIZ İŞDƏN ÇIXARILMA İLƏ BAĞLI ŞİKAYƏT
Yer kürəsinə yeni təhlükə: milyonlarla insanı məhv edən proses geri qayıdır
Xırdalan şəhər 2 nömrəli məktəbdə qalmaqal: “Aylıq” sistemi ilə bağlı səslənən iddialar ciddi araşdırma tələb edir
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid ailəsini evində ziyarət edib
SON DƏQİQƏ: Səidə Bəkirqızı qəzaya düşdü
Bütün dünyada işıq kəsiləcək - ŞOK XƏBƏRDARLIQ
Qaxda köhnə başçının daha bir YADİGARI... - İLGİNC
Maştağada Faiqin Tikinti Özbaşınalığı Adil Vəliyev niyə göz yumur ?
Qaradağ rayonu Sukanal İdarəsinin rəisi Sultan Əmiraslanov fəxri fərmanla təltif olunub — FOTOLAR
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun rayonun Çıraxlı kəndində səyyar qəbul-görüşü keçirilib
Ərimi çox sevirəm, amma iy verir – Seda Sayandan ŞOK AÇIQLAMA
"Rusiya səmasında dron yağışı"- Moskva və Rostov eyni vaxtda hədəf alındı: Zavodlarda nəhəng yanğınlar
Akif İslamzadə infarkt keçirib: vəziyyəti necədir?
Bu kənddə gizli tunellər aşkarlandı - Deyilənlər düz imiş... - ŞOK GÖRÜNTÜLƏR
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Makrona növbəti Əliyev-Ərdoğan “şapalağı” - Fransaya Cənubi Qafqazla bağlı mesaj verildi
Bu BÜRCLƏRİN həyatı tamamilə dəyişir - 1 gün qaldı!
Azərbaycanla növbəti müharibə XƏBƏRDARLIĞI
Şərhlər