İran qüvvələri HAZIR VƏZİYYƏTDƏ: ABŞ hücum etsə… - ŞOK AÇIQLAMA
Tarix: 21-06-2025, 08:43
Baxılıb: 32
Google+ Paylaş
Tumblr Paylaş

İran qüvvələri HAZIR VƏZİYYƏTDƏ: ABŞ hücum etsə… - ŞOK AÇIQLAMA

21-06-2025, 08:43

ABŞ İsrailin başlatdığı hərbi əməliyyatlara qoşularsa, İran Yaxın Şərqdəki Amerika qoşunlarına zərbə endirməyə hazır olacaq.
REPORTOR.tv xəbər verir ki, bunu NBC News telekanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, müharibənin qanunu belədir: "Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur".
İran XİN rəhbəri əmindir ki, ABŞ prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər. "Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə bir zəng yetərlidir".
Musavat.com




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ