
Ramazan ayı müsəlmanlar üçün ilin ən müqəddəs və mənəvi baxımdan ən önəmli dövrlərindən hesab olunur. Bu ayda oruc tutulur, ibadətlər artırılır, insanlar həm mənəvi saflaşmaya, həm də ehtiyacı olanlara yardım etməyə daha çox diqqət yetirirlər. Bununla yanaşı, Ramazan ayında yerinə yetirilən bəzi dini ayinlər və rituallar, eləcə də əhya gecələri ilə bağlı müxtəlif müzakirələr də gündəmə gəlir.
Bəs Ramazan ayında nələr edilməlidir, nələrə diqqət olunmalıdır? Qədr gecələri ilə bağlı hansı məqamlar bilinməlidir? Fitrə zəkatı ilə bağlı səslənən narazılıqların əsası varmı?
Bu və digər sualları “TV Müsavat”ın efirində Qafqaz Müsəlmanları İdarəsinin ilahiyyatçısı Samid Quliyev cavablandırıb.
Musavat.com həmin videomaterialı təqdim edir.






Şərhlər