Metroda GƏRGİN ANLAR: sərnişinlər qatardan düşürüldü
Tarix: 17-11-2022, 22:56
Baxılıb: 98
Google+ Paylaş
Tumblr Paylaş

Metroda GƏRGİN ANLAR: sərnişinlər qatardan düşürüldü

17-11-2022, 22:56

Bu gün saat 18:40 radələrində “İçərişəhər”-“Həzi Aslanov” xəttilə hərəkətdə olan qatarda problem yaşanıb.
reportyor.org xəbər verir ki, “Ulduz” stansiyasında olarkən, maşinist dəfələrlə qatarı hərəkətə gətirmək istəsə də, cəhdləri baş tutmayıb.
Maşinist bundan sonra sərnişinlərə müraciət edərək, qatarı tərk etmələrini xahiş edib.
“Bakı Metropoliteni”QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a faktı təsdiqləyib.
O bildirib ki “İçərişəhər”-“Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda “Ulduz” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülüb:
“Nəticədə, iki qatar arasında təxminən 3 dəqiqəyə yaxın interval fərqi yaranıb. Əvəzinə qatar verilib. Qısa müddət ərzində iki qatar arasında interval fərqi aradan qaldırılacaq”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ