Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ukrayna Rusiyanın bu vilayətinə də hücum etdi
Ukrayna Rusiyanın bu vilayətinə də hücum etdi

Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus pilotsuz uçan aparat Oryol vilayəti üzərində səmada vurulub.
Publika.az xəbər verir ki, Rusiyanın daha bir bölgəsinə hücum cəhdi barədə onun qubernatoru Andrey Klıçkov Telegram kanalında məlumat verib.
“Gecə Oryol bölgəsi yenidən düşmənin hava hücumuna məruz qaldı. Bölgə üzərində bir PUA vurulub”, - Klıçkov bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin zərbəsi dəf edilərkən xəsarət və dağıntıların qarşısı alınıb. O, vəziyyətlə bağlı başqa təfərrüatlar açıqlamayıb. Qubernator həmçinin dronun dəqiq harada vurulduğunu açıqlamayıb.
Çərşənbə axşamı, avqustun 21-nə keçən gecə Ukrayna Rusiyanın beş regionuna onlarla pilotsuz uçan aparat buraxıb. Hava hücumundan müdafiə sistemləri bir gecədə 45 təyyarə tipli pilotsuz uçan aparatın qarşısını alıb. 11 pilotsuz təyyarə Moskva vilayəti üzərində, 23-ü Bryansk, 6-sı Belqorod, 3-ü Kaluqa, 2-si Kursk üzərində məhv edilib.
REPORTOR.org (reportyor.tv)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti