Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Əhaliyə ÇAĞIRIŞ EDİLDİ: Dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq
Əhaliyə ÇAĞIRIŞ EDİLDİ: Dəhşətli soyuqlar gəlir, qış çox sərt olacaq

Avropalıları soyuq qışa hazırlaşmağa çağırıblar.
 

Reportyor.tv Lent.az-a istinadən xəbər verir ki, “Bloomberg“ yazır ki, La-Nina təbiət hadisəsi səbəbindən havanın temperaturu keçən illə müqayisədə aşağı olacaq.
 
La-Nina, mərkəzi və şərq ekvatorial Sakit okeanın səthinin soyumasıdır və Yerin bəzi hissələrində temperaturun aşağı düşməsinə səbəb olan bir fenomendir.
 
Maxar Proqnoz Mərkəzinin meteoroloqu Metyu Dross deyib: "Mövsüm 10 illik normaldan və 30 illik normaldan daha isti, lakin keçən ildən daha soyuq olacaq".
 
Noyabr-yanvar ayları arasında La-Nina'nın meydana gəlməsi şansı 83 faizə qədər yüksəkdir. Bu o deməkdir ki, Qərbi Avropaya normadan aşağı temperatur gələcək.
 
Qitənin bəzi yerlərində meteoroloqlar anomal yağıntıların, o cümlədən qar yağacağını proqnozlaşdırırlar. Eyni zamanda, La-Niña küləyin sürətini azalda bilər ki, bu da külək elektrik stansiyalarında enerji istehsalına mane ola bilər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti