Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Mask dövlət çevrilişini maliyyələşdirib: Maduro 1 milyard dollardan danışdı
Mask dövlət çevrilişini maliyyələşdirib: Maduro 1 milyard dollardan danışdı

Venesuela prezidenti Nikolas Maduro hesab edir ki, iş adamı İlon Mask 2024-cü il iyulun 28-də keçirilən prezident seçkilərindən sonra Venesuelada dövlət çevrilişinə cəhdi maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərcləyib.
Publika.az xəbər verir ki, bu fikri Maduro "Venesola de Television" kanalında bildirib.
"İlon Mask çevrilişə, faşist qiyamına, seçki prosesinə qarşı zorakılığa ən azı 1 milyard dollar sərmayə qoyub", - deyə o qeyd edib. Maduro iyulun 28-də keçirilən prezident seçkilərindən sonra ifrat sağçı müxalifətin ölkədə zorakılıq törətməyə və sabitliyi pozmağa çalışdığını diqqətə çatdırıb.
Venesuela prezidentinin sözlərinə görə, çevriliş cəhdinin arxasında ABŞ hökuməti, Şimali Amerika imperiyası dayanırdı.
O xatırladıb ki, Maskın sosial şəbəkələrində zorakılıq, yandırma və qətlə çağırışlar olub. Prezident Maskın vəsaitlərini müxalifət liderlərindən biri, terrorçu qrupları maliyyələşdirən Mariya Korina Maçado tərəfindən bölüşdürüldüyünü iddia edib.
“Mask məğlub oldu” deyən Maduro “Venesuelada qanunlar, həqiqət, dövlətçilik, nizam-intizam və sülh hökm sürür", - deyə vurğulayıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti