Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Şimali Koreya əsgərlərini vurun! - Bayden ÇAĞIRIŞ ETDİ
Şimali Koreya əsgərlərini vurun! - Bayden ÇAĞIRIŞ ETDİ

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden bildirib ki, Koreya Xalq Demokratik Respublikası hərbçiləri Ukraynanın dövlət sərhədini keçərsə, Ukrayna silahlı qüvvələri onlara zərbə endirməlidir.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Aydın olub ki, Amerika prezidenti müvafiq bəyanatla jurnalistlərin Ukrayna Silahlı Qüvvələrinin Şimali Koreya hərbçilərinə zərbə endirməsi ilə bağlı sualına cavab verib.

“Əgər KXDR hərbçiləri Ukrayna sərhədini keçərsə, bəli”, - Bayden deyib.

ABŞ prezidenti digər məsələlərlə yanaşı, Kursk bölgəsində olduğu iddia edilən Şimali Koreya hərbçiləri ilə bağlı daxil olan məlumatlardan “narahat olduğunu” bildirib.

Şərhlər