Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İsrail ordusu Qəzzada HƏMAS obyektlərini hədəf aldı: Atəşkəs gecikir
İsrail ordusu Qəzzada HƏMAS obyektlərini hədəf aldı: Atəşkəs gecikir

İsrail ordusu (IDF) Qəzza zolağının şimal və mərkəzi hissəsində HƏMAS-a məxsus obyektlərə bir sıra aviazərbələr endirib.
Reportyor.tv xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun nümayəndəsi bildirib ki, Baş nazir Benyamin Netanyahunun göstərişi ilə HƏMAS girovların siyahısını təqdim edənədək əməliyyatlar davam edəcək.
"Al Jazeera" telekanalının məlumatına görə, bu gün səhər saat 08:30-da (Bakı vaxtı ilə 10:30-da) başlamalı olan atəşkəsdən bəri azı üç fələstinli həlak olub, daha 20 nəfər isə yaralanıb.
Qəzzadakı humanitar vəziyyətin gərginliyi səbəbindən beynəlxalq ictimaiyyət tərəfləri təmkinə çağırır.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti