Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putin onunla TƏCİLİ görüşmək istəyir - SON DƏQİQƏ
Putin onunla TƏCİLİ görüşmək istəyir - SON DƏQİQƏ

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinlə ən qısa zamanda görüş keçirmək istəyini ifadə edib.
Reportyor.tv xəbər verir ki, o bu fikri Ağ Evdə jurnalistlərlə keçirdiyi görüş zamanı səsləndirib.
Trampın sözlərinə görə, Rusiya Ukrayna ilə sülh müqaviləsi imzalamağa cəhd göstərməlidir.
“Bəlkə də, onlar sülh müqaviləsi bağlamaq istəyirlər. Məncə, Putin məni görmək, mümkün qədər tez görüşmək istəyir. Mən də dərhal görüşməyə hazıram”, - deyə ABŞ lideri bildirib.
Jurnalistlər Rusiyaya tətbiq olunan sanksiyaların Moskvanı danışıqlara sövq edib-etməyəcəyi barədə Trampın fikrini öyrənmək istəyiblər. “Bilmirəm, amma düşünürəm ki, Putin razılığa gəlməli olacaq”, - deyə, o cavab verib.
Musavat.com

Şərhlər