Putin güclü liderlərdən qorxur, müharibəni uzatmaq istəyir - Zelenski
Tarix: 29-01-2025, 11:52
Baxılıb: 91
Google+ Paylaş
Tumblr Paylaş

Putin güclü liderlərdən qorxur, müharibəni uzatmaq istəyir - Zelenski

29-01-2025, 11:52

Rusiya prezidenti Vladimir Putin Ukrayn Zelenski ilə danışıqların qanunsuz olacağını iddia edib.
Publika.az xəbər verir ki, Putinin bəyanatından sonra Zelenski sosial şəbəkədə açıqlama verib.
Ukrayna prezidenti bildirib ki, Putin danışıqlardan qorxur və müharibəni uzatmaq istəyir:
“Putin güclü liderlərdən qorxur və müharibəni uzatmaq istəyir. Onun hər bir hərəkəti müharibəni sonsuz etmək məqsədi daşıyır. Qarşıda sülh şansı var, lakin Putin genişmiqyaslı işğala hazırlaşarkən hibrid hücumlarını davam etdirmək üçün əlindən gələni edir. Dünya liderləri ötən illərdə buraxılmış səhvləri nəzərə almalıdır. Putin dünyada sabitliyi pozmaq gücünə malikdir, lakin o, həm də güclü liderlərin təzyiqindən qorxan biridir. Amma sülh mümkündür”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ