Tramp da Kim Çen Inı durdura bilmir: Nüvə qalxanını gücləndirir - FOTO
Tarix: 29-01-2025, 18:06
Baxılıb: 135
Google+ Paylaş
Tumblr Paylaş

Tramp da Kim Çen Inı durdura bilmir: Nüvə qalxanını gücləndirir - FOTO

29-01-2025, 18:06

Şimali Koreya lideri Kim Çen In yenidən gündəmə gəlib. Nüvə silahı zavodunu yoxlayan Şimali Koreya lideri bir-birinin ardınca təlimatları sadalayıb.
Publika.az xəbər verir ki, yanvarın 20-də ABŞ-da vəzifəyə başlayan Donald Tramp administrasiyasına qarşı Şimali Koreyanın izləyəcəyi siyasət maraq doğursa da, Pxenyandan kritik addım gəlib. Şimali Koreya administrasiyasından verilən açıqlamaya görə, ölkə lideri Kim Çen In nüvə materialı istehsal edən müəssisə və Nüvə Silahları İnstitutuna baxış keçirib.
Kim səlahiyyətlilərdən silah istehsalında istifadə edilən nüvə materiallarının istehsal prosesləri və Nüvə Silahları İnstitutunun 2025-ci il hədəfləri haqqında məlumat alıb.
Daha sonra o, çıxışında 2025-ci ilin ölkənin nüvə enerjisinin inkişafında kritik əhəmiyyətli olduğunu vurğulayıb.
Aysel Şahmar





Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ