Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Çeçen komandirdən Kursk qaçqınlarına tənə: “Silaha sarılmayıblarsa...”
Çeçen komandirdən Kursk qaçqınlarına tənə: “Silaha sarılmayıblarsa...”

Çeçenistanlı döyüşçülərdən ibarət “Axmat” batalyonunun komandiri Apti Alaudinov Kursk vilayətindən olan qaçqınları həyat şəraitindən narazı olduqlarına görə tənqid edib və deyib ki, silaha əl atmayan kişilər “susmalıdırlar”.
Reportyor.tv xəbər verir ki, çeçen komandir bu sözləri “Seim” telekanalına müsahibəsində dilə gətirib. Alauutdinov deyib ki, çörək və çayın ləzzətli nemət hesab olunduğunu Çeçenistandakı müharibə ilə müqayisədə indiki şərait o qədər də sərt deyil.
Ramzan Kadırovun sağ əli olan komandir humanitar yardımlara baxmayaraq, qaçqınların hələ də narazı qaldığını qeyd edərək, vəziyyəti Suriya, Əfqanıstan və Liviyadakı münaqişələrlə müqayisə etməyi təklif edib. O, həmçinin bildirib ki, Kursk vilayətinin bəzi sakinlərinin özləri cəbhəyə getmək əvəzinə, ərazilərinin tezliklə azad edilməsini tələb etmələrinə qəzəblənib.
Alaudinovun sözlərinə görə, sovet dövründə insanlar ölkəni müdafiə etməyə daha həvəsli idilər, lakin müasir Rusiyada tamamilə fərqli tendensiya müşahidə olunur.
“Əgər ayağa qalxıb, əl-ələ verib vətəni müdafiə etməyə getməmisənsə, heç olmasa, susmalısan”, - “Axmat” komandiri deyib.
Telegram kanallarında yayılmış müsahibəsindən bir fraqmenti o, özü paylaşsa da, bir müddət sonra həmin postu silib.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti