Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Bu əsgərlər 30 gün içində ordudan UZAQLAŞDIRILACAQ - Tramp əmr etdi
Bu əsgərlər 30 gün içində ordudan UZAQLAŞDIRILACAQ - Tramp əmr etdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) transgender əsgərlərin 30 gün ərzində ordudan uzaqlaşdırılacağını açıqlayıb.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, fevralın 26-da yayımlanan rəsmi bəyanatda bildirilib ki, cinsiyyət disforiyası diaqnozu qoyulmuş və ya bu simptomları göstərən əsgərlər hərbi xidmətdən azad ediləcək. Yalnız ordunun döyüş qabiliyyətini bilavasitə dəstəkləyən əsgərlərin istisna hallarda saxlanılması mümkün olacaq. Bundan əlavə, transgender əsgərlərin 36 ay ərzində cinsi kimlikləri ilə bağlı heç bir klinik problem yaşamamaları tələb olunur.
Bu qərar keçmiş prezident Donald Trampın transgender şəxslərin hərbi xidmətini məhdudlaşdıran fərmanına qarşı açılmış məhkəmə çəkişmələri fonunda elan edilib. Trampın sözlərinə görə, "bioloji cinsindən fərqli gender kimliyi ifadə edən şəxslər hərbi xidmətin ciddi standartlarına cavab vermir".
Hazırda Pentaqon transgender əsgərlərin dəqiq sayını açıqlamasa da, təxminlərə görə, ABŞ ordusunda 15 minə yaxın transgender hərbçi xidmət edir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti