ABŞ Dövlət Departamenti bəyan edib ki, İstanbulda görüşən Vaşinqton və Moskva nümayəndələri diplomatik missiyaların işini normallaşdırmaq üçün konkret addımları müzakirə edib və ən qısa zamanda yeni görüşlər keçirmək barədə razılığa gəliblər.
Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamenti bildirib ki, konstruktiv atmosferdə keçən görüşdə hər iki tərəf diplomatik missiyaların işinin ikitərəfli sabitləşdirilməsi istiqamətində ilk konkret addımları müəyyən edib.
Nümayəndə heyətlərinin ən qısa zamanda yeni görüşün keçirilməsi barədə razılığa gəldiyi bildirilsə də, tarixi və yeri hələlik məlum deyil.
İstanbulda təxminən 6,5 saat davam edən ABŞ-Rusiya görüşündə ikitərəfli münasibətlərdəki “iğtişaşlar” və Moskva və Vaşinqtondakı səfirlik problemləri müzakirə olunub.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdən əvvəl nəticələrin hər iki tərəfin problemlərin həllində sürət və effektivliyinə aydınlıq gətirəcəyinə ümid etdiyini bildirib.
