Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » 20 mindən çox zəvvar Vatikana toplaşacaq
20 mindən çox zəvvar Vatikana toplaşacaq

Dünyanın 90 ölkəsindən 20 mindən çox zəvvar Vatikanda toplaşacaq.
reportyor.tv xəbər verir ki, Vatikanda qeyd olunan Müqəddəs Yubiley İli çərçivəsində aprelin 5-6-da keçiriləcək.
Xəstə və Səhiyyə İşçilərinin Yubileyində xəstələr, həkimlər, tibb bacıları, əczaçılar, fizioterapevtlər və digər səhiyyə işçiləri daxil olmaqla 90 ölkədən 20 mindən çox zəvvar iştirak edəcək. Bu, yubiley ilinin əsas bayramlarından biridir. Zəvvarlar Müqəddəs Pyotr Kilsəsinin müqəddəs qapısından keçəcəklər.
Tədbirdə İtaliya ən çox iştirakçı ilə təmsil edilən ölkə olacaq. Eyni zamanda, ABŞ, İspaniya, Kolumbiya, Argentina, Braziliya, Fransa, Meksika, Almaniya, Xorvatiya, Filippin, Peru, Avstraliya, Çili, Efiopiya, Kanada və Kamerundan nümayəndə heyətləri gələcək.
Həmçinin İtaliya və beynəlxalq səhiyyə assosiasiyaları və qurumları qan donorluğunu təşviq etmək məqsədilə tədbirin təşkilində iştirak edəcəklər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti