Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zelenski Ukraynanın diplomatik korpusunda kadr dəyişikliyi edib
Zelenski Ukraynanın diplomatik korpusunda kadr dəyişikliyi edib

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin diplomatik korpusu ilə bağlı bir neçə sərəncam imzalayıb.
“Report” xəbər verir ki, müvafiq sənədlər Ukrayna prezidentinin saytında dərc olunub.
Xüsusilə, Ukraynanın Braziliya və Almaniyadakı keçmiş səfiri Andrey Melnik ölkənin BMT-dəki daimi nümayəndəsi olub.
Bundan əlavə, Zelenski müvafiq sərəncamlarla Qazaxıstan, Çin, Livan, Norveç, Paraqvay və Finlandiyaya yeni səfirlər təyin edib.
Ukraynanın BMT-dəki əvvəlki daimi nümayəndəsi Sergey Kislitsya 2024-cü il dekabrın 21-də vəzifəsindən azad edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti